"Dərisinə sığmayanlar"ın sayı sürətlə artır: Həkimlər həyəcan təbili çaldı

12-10-2024, 00:11           
"Dərisinə sığmayanlar"ın sayı sürətlə artır: Həkimlər həyəcan təbili çaldı
"Dərisinə sığmayanlar"ın sayı sürətlə artır: Həkimlər həyəcan təbili çaldı

Son beş ildə Rusiyada artıq tibbi müayinədən keçmiş piylənmə xəstələrinin sayı 24% artaraq 1,2 milyon nəfərdən çox olub.

Bu barədə Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko məlumat verib.

Tibbi müayinələrin nəticələrinə əsasən məlum olub ki, hər dördüncü rusda pis qidalanma riski var, hər beşdə birində artıq çəki, hər onda birində piylənmə var.

Muraşko qeyd edib ki, hazırda xroniki qeyri-infeksion xəstəliklərin, o cümlədən piylənmənin inkişafı üçün risk faktorları olan böyüklərin dispanser müşahidəsinə yeni yanaşmaların hazırlanması istiqamətində iş aparılır. (Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru