İsmayıl Qaani İsrail casusu idi –Hüseynidən şok

11-10-2024, 16:25           
İsmayıl Qaani İsrail casusu idi –Hüseynidən şok
İsmayıl Qaani sionist casusudur və müqavimət hərəkatına xəyanət edib. O, müqavimət hərəkatına bağlı şəxsləri İsrailə satıb, Qasm Süleymani, Həsən Nəsrullah, İsmayıl Haniyə və başqalarının ölümünə görə günahkardır.

Yenixeber.org xəbər verir ki, bu barədə Ərəb İslam Şurasının baş katibi Seyid Məhəmməd Əli Əl-Hüseyni “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“O, (İsmayıl Qaani - red.) İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələri nəticəsində ölüb, bu, bütün satqınların aqibətidir”, - Əl-Hüseyni bildirib.

Xatırladaq ki, Seyid Məhəmməd Əli Əl-Hüseyni bundan əvvəl Həsən Nəsrullaha xəbərdarlıq edərək, onun İran tərəfindən satıldığını və öldürüləcəyi barədə xəbərdarlıq etdikdən bir neçə gün sonra Nəsrullah öldürüldü.

Qeyd edək ki, 27 sentyabrda İsrailin Beyrutun cənubuna endirdiyi hava zərbələrindən sonra İsmayıl Qaani ilə əlaqə kəsilib. Bəzi mənbələr onun həmin zərbələr nəticəsində öldürüldüyü, bir sıra mənbələr isə onun İranda ev dustağı olduğu, Həsən Nəsrullahın öldürülməsinə görə dindirildiyini bildirsələr də, bunların heç biri rəsmi şəkldə təsdiqlənməyib.

Tehran rəsmiləri Qaaninin sağ olduğunu və yaxın günlərdə Əli Xameneinin ona “Fəth” nişanı verəcəyini iddia edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru