Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb

26-07-2024, 15:14           
Tramp Zelenski ilə telefon danışığının təfərrüatlarını açıqlayıb
ABŞ-ın sabiq prezidenti Donald Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığı zamanı onu tezliklə sülhə nail olmağa çağırıb.

Hurriyyet.az xəbər verir ki, Tramp Fox News-a müsahibəsi zamanı danışıqların təfərrüatlarını açıqlayıb.

“Mən dedim ki, biz bu hərbi münaqişəyə son qoymalıyıq. Bu döyüş maşınıdır. Qarşınızda hərbi maşın var. Onların etdikləri budur. Onlar müharibə edirlər. Onlar Hitlerə qalib gəldilər. Onlar Napoleonu məğlub etdilər” deyən eks-prezident “ruslar haqqında danışdığını” açıqlayıb.

Trampın sözlərinə görə, o Ukraynadakı döyüşləri baş verməməli olan qarışıqlıq adlandırıb.

Qeyd edək ki, iyulun 20-də Zelenski Trampla telefon danışığı apardığını və amerikalı siyasətçi ilə şəxsi görüş barədə razılığa gəldiyini açıqlamışdı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru