İran XİN: "Trampın məktubu təhdid xarakterlidir"

21-03-2025, 11:28           
İran XİN: "Trampın məktubu təhdid xarakterlidir"
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidentinin ölkənin Ali Rəhbəri Əli Xameneiyə göndərdiyi məktubdan danışıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.

"Təzyiq, təhdid və artan sanksiyalar şəraitində biz mütləq birbaşa danışıqlar aparmayacağıq. Yaxın günlərdə Donald Trampın məktubuna cavab verəcəyik və müvafiq kanallar vasitəsilə göndərəcəyik".

Abbas Əraqçı məktubun daha çox təhdid xarakteri daşıdığını bildirib və eyni zamanda, İran üçün imkanlar olmasını iddia adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru