Ukrayna Rusiyanın tarixi torpağıdır - ABŞ-dan Kiyevi qəzəbləndirəcək açıqlama

1-04-2025, 12:15           
Ukrayna Rusiyanın tarixi torpağıdır - ABŞ-dan Kiyevi qəzəbləndirəcək açıqlama
Amerika Birləşmiş Ştatları Ukraynanı Rusiyanın təsir dairəsi kimi tanımalıdır.

Publika.az xəbər verir ki, bunu ABŞ ordusunun keçmiş polkovniki Duqlas Makqreqor özünün YouTube kanalında bildirib.

O, bunun tarixən belə olduğuna aydınlıq gətirib və Vaşinqton nümayəndələrini münaqişəyə son qoymaq üçün səy göstərməyə çağırıb.

"Bura rusların torpağıdır, onlar orada yaşayırlar. Digər şeylərlə yanaşı, bu, onların tarixi təsir dairəsidir. Amerika sadəcə bunun qəbul etməlidir", - Makqreqor deyib.

Onun sözlərinə görə, Amerikanın iştirakı olmadan münaqişə çox tez başa çatacaq, çünki Kiyevin mübarizə aparacaq heç bir gücü olmayacaq.

“Avropa ölkələri də öz növbəsində Amerika peyk müşahidə sistemləri olmadan qoşun yeridə və Rusiya ordusuna təhlükə yarada bilməyəcək”, - polkovnik bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru