“Bu, nüvə bombasıdır” - Marin Le Pen

1-04-2025, 17:09           
“Bu, nüvə bombasıdır” - Marin Le Pen
Bu barədə “The Guardian” yazıb. 

Dövlət vəsaitlərini mənimsəməkdə təqsirli bilinən Marin Le Pen bildirib ki, rəhbəri olduğu ifrat sağçı “Milli Birlik” partiyası məhkəmə qərarının fransızları lider seçmək hüququndan məhrum etməsinə imkan verməyəcək. Bu məhkəmə hökmü Marin Le Penin 2027-ci il prezident seçkilərində iştirakını faktiki olaraq qeyri-mümkün edir. 

O, qeyd edib ki, fransız xalqını və onun layiq bildiyinə səs vermək hüququnu müdafiə etmək niyyətindədir. 

Le Penin fikrincə, bu cür sərt tədbirlər onun partiyasının seçkilərdə qələbəyə yaxın olduğunun sübutudur.

Fransız siyasətçi məhkəmə sistemini seçki prosesinə müdaxilə etməkdə və ölkənin demokratiya müdafiəçisi kimi nüfuzunu sarsıtmaqda ittiham edib: “Biz buna yol verməyəcəyik”.

Eyni zamanda o, hakimlərə qarşı təhdidləri pisləyib, onları “qalmaqallı” və “qəbuledilməz” adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru