Sərdar Cəlaloğludan Pənah Hüseynə DƏSTƏK: - "Danışıqlara gedib deputat yerlərinin bölüşdürülməsinə müsbət baxıram"

9-04-2015, 19:45           
Sərdar Cəlaloğludan Pənah Hüseynə DƏSTƏK: - "Danışıqlara gedib deputat yerlərinin bölüşdürülməsinə müsbət baxıram"
Mən AXP sədri Pənah Hüseynin 2015-cilə parlament seçkilərində müxalifətin hakimiyyətlə danışıqlara gedib razılaşdırma qaydasında deputat yerlərinin bölüşdürülməsinə müsbət baxıram.

Bunu açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

Onun sözlərinə görə, demokratiyanın əsas prinsiplərindən biri elə cəmiyyətdəki instituların razılaşma yolu ilə formalaşmasıdır: “Sadəcə Azərbaycanda bəzi müxalifət liderləri demokratiyanın nə olduğunu anlamadığından, sosial quruculuğun prinsiplərini bilmədiklərinə görə, onlar bu razılşamaları satqınçılıq və ya başqa cür qəbul edirlər. Nəticədə belə razılaşamalardan uzaqlaşırlar. Bu baxımdan da Azərbaycanda bəzi müxalifət partiyaların apardığı mübarizə demokratik proseslərin inkişafına deyil, əksinə demokratik proseslərə ziyan vurur. Bu baxımdam Pənah Hüseyn tam düzgün məsələ qaldırır. Əslində onun fikri orjinal və ya yeni bir məsələ deyil. Bu məsələ 2005-ci ilədn bəri çeynənə və avropalı diplomatlar, beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə müxalifətə təklif olunan məsələdir.
Burada çox maraqlı məqam ondan ibarətdir ki, belə bir təklifə hakimiyyət razı olsa da, müxalifət razı olmur. Çünki müxalifət öz gücünə uyğun olmayanı daha çox yer tələb edir.”

S.Cəlaoğlu hesab edir ki, P. Hüseynin dedikləri o zaman reallaşa bilər ki, müxalifət beynəlxalq konyukturanə nəzərə alıb hakimiyyətə real olan bir təklif versin və hakimiyyətdə bunu nəzərə alsın: “Daha əvvəlki kimi parlamentin 40-50%-nə iddia etməsin. Belə olan təqdirdə təbii ki, hakimiyyət razılaşmaya getməz. İkincisi də bu gün müxalifətin nə o gücü, nə də ki, o sayda real namizədi yoxdu. Digər bir məsələ ki, nəzəri cəhətdən belə müxalifətin dediyi kimi parlamenti formalaşsa belə o normal fəaliyyət göstərə bilməz və qısa bir zamanda ölkədə parlament böhranı yarana bilər. Bu da nəticədə parlamentin buraxılması ilə nəticələnər. Yəni bu ölkədə xaosa səsəb ola bilər. Odur ki, Azərbaycanda demokratik proseslər tədrici inkişaf etməlidir. Əgər belə olmazsa o zaman hakimiyyət müxalifətin təklifini nəzərə almayacaq. Çünki hakimiyyətdə də kifayət qədər ağıllı, prosesləri analiz edə bilən kadrlar var.
2005-ci ildə müxalifət beynəlxalq təşkilatların dediyi təklifi qəbul etsəydi və hakimiyyət bugünə kimi dəyişməsəydi belə, ölkədə vəziyyət bu cür olmayacaqdı. O zaman proseslər hakimiyyətdəkilər də kifayət qədər dəyişdirəcəkdi. İstəməsəydilər belə, demokratik proseslər inkişaf edəcəkdi. Ancaq nəticə nə oldu? Bəzi müxalifət liderlərinin ambisiyası buna imkan vermədi. Nəticədə həm müxalifət, həm də hakimiyyət amortizasiyaya uğradı.”
S. Cəlaloğlu bildirdi ki, belə bir danışıaqlar olacaqsa bu açıq və şəfaf aparılmalıdır: “Düzdür bunu yenə də bəzi müxalifət liderləri satqınçılıq kimi dəyərləndirməyə cəhd göstərcəklər. onlar ancaq belə razılaşmanı bağlı qapı arasında aparılmasında görür və bunun nəticəsində parlamentə təmsilçiliyə düşürlər. ona göər ki, bəzi müxalifət liderləri demokratiyanın nə başa düçür, nə də başa düşdüyü demokratik dəyərləri həzm edə bilir. Onlar ancaq demokratiydan danışsınlar, ancaq hər hansı birniə demokratik prinsip tətəbiq etdikdə elə qışqıracaq ki, səsi aləmi bürüyəcək. Bu cür olmaz axı. Gərək əvvəlcə özün demokrat olasan, sonar da başqasına demokratiyadan dərs keçəsən. Cəmiyyətdə nümunə ortaya qoymağı bacarasan. Yoxsa özünü dictator kimi aparıb başqasında demokratiuya tələb etmək nə qədər məntiqəuyğundur?. Adama deməzlər ki, öz gözündə tiri görmürsən, başqasının gözündə tük axtarırsan?. Elə son günlərdə keçirilən mitinqlərdə dedyim qəbildəndir. Beynəlxalq aləmdə baş verənlər fonunda milli maraqları nəzərə almadan keçirilən aksiyaların çox pis fəsadları ola bilər. Hadisələrin idarəolunmaz istiqamətdə getməsi üçün azərbaycanda kifayət qədər zəmin var. Bu bir qığılcıma bənddir ki, hadisələr yəməndə. Suriyada olduğu kimi inkişaf etsin. Bu müxalifət məgər bunu görmür. Bu gün bizim əsas vəzifəmiz dövlətçiliyi qorumaq olmalıdır. Hətta mən bir dəfə dövlətçiliyin müdafiəsi ilə bağlı məsələ qaldırdım və dedim ki, güzəştə getməliyik. Müxalifətin bir sıra nümayəndələri mənə nə desələr yaxşıdı. Cəhənnəm olsun dövlətçilik. Məgər biz güzəştə getməliyik, qoy hakimiyyət necə istəyir elə də dövlətçiliyi qorusun. Axı belə düçüncə ilə hara getmək olar.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.