Tramp NATO ölkələrinə ultimatum verdi

4-05-2025, 10:14           
Tramp NATO ölkələrinə ultimatum verdi
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin müdafiə xərclərini artırmayacağı təqdirdə NATO-nun iyunda Haaqada keçiriləcək sammitində iştirak etməyəcəyi ilə hədələyib.

Oxu.Az xəbər verir ki, bu barədə "Der Spiegel" jurnalı məlumat verib.

Qeyd olunur ki, ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Avropa ölkələrindən Brüsseldə demək olar hər görüşdə tələb edir ki, müdafiə xərclərini ÜDM-nin 5%-nə çatdırmağa razı olsunlar.

"Əvvəlcə almanlar amerikalıların xərclər barədə ciddi olmadığını, bunun sadəcə danışıqların taktikası olduğunu düşünürdülər. İndi onlar Uitakerin sözünü ciddiyə alırlar və digər NATO ölkələri pul məsələsində hərəkətə keçməyəcəkləri təqdirdə, Trampın iyun sammitində iştirak etməyəcəyinə inanırlar", - məqalədə qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru