Netanyahunun Azərbaycana səfəri təxirə salındı

4-05-2025, 10:34           
Netanyahunun Azərbaycana səfəri təxirə salındı
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzzada və Suriyada baş verən hadisələrlə əlaqədar olaraq Azərbaycana mayın 8-dən 11-nədək planlaşdırılan səfərini təxirə salmaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, bu barədə "Ynet" məlumat verib.

"Qəzza zolağında və Suriyada baş verən hadisələr fonunda, həmçinin sıx siyasi və təhlükəsizlik qrafikinə görə, Baş nazir Netanyahu Azərbaycana səfərini daha sonrakı tarixədək təxirə salmaq qərarına gəlib. Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edir və iki ölkə arasındakı isti münasibətləri yüksək qiymətləndirir", - deyə baş nazirin ofisindən bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru