Əgər 8 mayda Moskvaya zərbə endirə bilsək... - Ekspert
Bu gün, 10:22
Ukraynanın strategiyası mülki şəxslərə zərbə endirmək deyil, bu, Rusiyanın etdiyi bir şeydir. Ona görə də 9 mayda Moskvada keçiriləcək paradda Ukraynanın hücumu gözlənilmir.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Andrey Kramarov bildirib.
O qeyd edib ki, Moskvada parada cəlb olunan hərbi qüvvələrin məhv edilməsi üçün başqa əlverişli bir an var:
“Ukraynanın strategiyası mülki insanlara zərbə endirmək deyil, bunu Rusiya edir. Amma 8 may var. Paraddan əvvəl həmin gün ümumi məşq keçirilir. Əgər bu ümumi məşqə zərbə vurmaq mümkün olsa, bu, sadəcə əla olardı”.
Analitik əlavə edib ki, bu məşqlər mühafizə olunur və adətən səhər tezdən və ya gecə keçirilir, buna görə də ətrafda mülki şəxslər olmur:
O, həmçinin vurğulayıb ki, Moskvada havadan müdafiə sistemində ciddi problemlər olduğu deyilir:
“Çox istərdim ki, bizim Baş Kəşfiyyat İdarəmiz bu barədə məlumatları əldə etsin”.