“Vatikan qondarma erməni soyqırımının müəlliflərindən biridir”

13-04-2015, 11:09           
“Vatikan qondarma erməni soyqırımının müəlliflərindən biridir”
Roma Papası I Fransiskin aprelin 24-də İrəvanda qondarma erməni soyqırımı ilə bağlı keçiriləcək anım mərasimə qatılacağı bəlli olub.
Maraqlıdır, Roma papasının qondarma erməni soyqırımının tanıdılmasını dəsdəkləmək məqsədi ilə etdiyi bu səfəri ermənilərin uydurma soyqırımla bağlı apardığı çoxillik siyasətin əsas uğurlarından və ciddi nəticələrindən biri hesab etmək olarmı?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən tanınmış ziyalı, publisist və yazar Mehriban Vəzir prosesllərin arxasında sadəcə ermənilərin dayanmadığını vurğuladı:
“Bu, birmənalı olaraq ermənilərin apardığı siyasət deyil. Bu, avrosentrizmin tərkib hissəsidir. Ermənilərlə türklərin qarşıdurmasında, türklərin həmin dönəmdə soyqırımına məruz qalmasında, qondarma soyqırım quramasında Avropanın çox görkəmli general və zabitləri iştirak edib. Bu bir ssenaridir. Avropa türkləri sıxışdırmaq üçün generalları, hərbi texnikası, maliyyə resursu vasitəsi ilə qondarma erməni soyqırımı kimi bir oyun qurublar. Guya ki, türklər erməniləri qırıb, onları soyqırımına məruz qoyublar. Yüz ildir ki, bu siyasət müdafiə olunmaqdadır. Rusiyanın, Avropanın eyni məqsəd və ideologiyanı daşıyan mərkəzləri tərəfindən bu mənfur siyasət daim dəstəklənib. Buna geniş maliyyə vəsaitləri ayrılıb, proseslər məqsədli şəkildə konkret mərkəzlərdən idarə olunub və s”.
M.Vəzirin sözlərinə görə, Rusiya da bu məsələdə ermənilərə ciddi dəstək verib:
“Rusiya ermənilərin bu yalanı bütün dünyaya tanıtması üçün geniş imkanlar açıb. Çalışıblar ki, türkləri bu qondarma soyqırımının müəllifi kimi tanıtsınlar. Əsl müəllif isə onların özləri idi. Bu gün də həmin ardıcıl siyasət davam edir və Roma papasıın səfəri də bu siyasətin tərkib hissəsidir”.
M.Vəzirin bildirdiyinə görə, əslində baş verənləri baş tutan tamaşa kimi də dəyərləndirmək olar və Vatikanın yanaşma tərzi də bundan ibarətdir: “Vatikan özünün də müəllifi olduğu tarixi tamaşalardan birinin alındığını söyləyir. Bildirir ki, bu tamaşa baş tutub. Hansı ki, o tamaşanın ssenari müəlliflərindən biri də Vatikanın özü olub. Belə bir ədalətsizliyin belə bir ünvan tərəfindən dəstəklənməsi, olduqca acınacaqlıdır. Mən bu gün (dünən-red) öz facebook səhifəmdə də bu məsələyə münasibət bildirmişdim. Çünki Xocalı soyqırımı ərəfəsində də istintaq təhlillərinə əsasən Vatikandan rus-erməni birləşmələrinə dəstək məktubunun gəldiyi bəlli olur. Bu məktub onları həvəsləndirmək, cəsarətləndirmək üçün yazılmışdı. Orada Roma papasının belə bir cümləsi var idi ki, “mən bir gün gəlib erməni şəhidlərinə baş əyəcəm”. Bu gün həmin o gündür. 20 il bundna əvvəl bu məktubu yazmışdılar və indi də o məktubu icra edirlər. Siyasət papanın kimliyindən və şəxsiyyətindən asılı olmayaraq dəyişmir və bu gün də davam edir. Təəssüf ki, bu, bir həqiqətdir. Təəssüf ki, yaşadığımız dünya bu cür ədalətsiz və qəddardır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.