OPEK-dən Azərbaycan nefti ilə bağlı proqnoz 14-06-2017, 07:13 OPEK Azərbaycanda 2017-ci il üçün neft hasilatının sutkada 60 min barrel azalacağını proqnozlaşdırıb.Bu barədə qurumun neft bazarı üzrə hesabatında bildirilib.Hesabatda qeyd olunub ki, bu il ölkədə neft hasilatı sutkada 0,78 milyon barrel təşkil edəcək.2017-ci ilin aprel ayında ölkədə aylıq hesabla neft hasilatı 40 min barrel artaraq 0,8 milyon barrelə çatıb. İllik hesabla isə neft hasilatında 80 min barrel azalma müşahidə olunub. (Trend) Facebook-da paylaş