Azərbaycan Qarabağa görə inadkarlıq etməlidir

17-06-2017, 01:05           

Azərbaycan beynəlxalq aləmi Dağlıq Qarabağ haqqında həqiqətlərlə daha da tanış etmək üçün mütləq fəal çalışmalı, dünya Azərbaycan torpaqlarının işğal edildiyini anlamalıdır.

teref.az-nun məlumatına görə, bunu avstriyalı arxeoloq, LGP regional layihələr şirkətinin rəhbəri Anna Mariya “VestnikKavkaza” saytına müsahibəsində deyib.

O bildirib ki, ermənilər işğal etdiyi torpaqlarda tarixi abidələri məhv ediblər.

“Hesab edirəm ki, Azərbaycan çox ehtiyatla hərəkət edir, işğal edilmiş torpaqlarda əslində nə baş verdiyini yüksək səslə bəyan etməlidir. Təəssüf ki, İrəvan öz fikirlərini hay-küylə dünyaya çatdırır, özlərini qurban kimi göstərirlər və təbii ki, bu həqiqət deyil”, – deyə Anna Mariya bildirib.

Avstriyalı arxeoloq qeyd edir ki, beynəlxalq ictimaiyyət Qarabağdakı real faktlarla tanış olması üçün Azərbaycan inadkarlıq etməlidir.

İstiPress












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.