Xocalı hava limanından kiçikhəcmli təyyarə uçuşlarına başlayıb

20-06-2017, 00:04           
Xocalı hava limanından kiçikhəcmli təyyarə uçuşlarına başlayıb
Dağlıq Qarabağdakı separatçı rejim Xocalı hava limanından kiçikhəcmli təyyarə uçuşlarına başlayıb.

Hələlik xarici turistlər üçün aparılan bu uçuşlar Xankəndi-Şuşa-Xankəndi marşrutu üzrə keçirilir. İyulun 17-də Dağlıq Qarabağda ilk dəfə keçirilmiş “Artsax eyr fest” adlı hava festivalında ilk kiçikhəcmli təyyarə havaya qalxıb.

Xankəndidən uçan bu ikiyerlik yüngülmühərrikli təyyarəni sabiq hərbi təyyarəçi Samvel Tavadyan idarə edib. Çoxlu sayda xarici turistlərin gəldiyi bu tədbir separatçı rejimin saxta atributları nümayiş olunub. ABŞ istehsalı olan “CH 701” təyyarəsi Şuşa üzərində dövrə vurduqdan sonra geriyə qayıdıb.

Tavadyan bildirib ki, ötən ildən başlayaraq uçuşa hazırlıq aparılıb. Bu ildən isə uçmağa başlayıblar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.