Bunlar həmsədrdirlər, yoxsa Tereza ana? - Replika

20-06-2017, 10:04           

Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərləri və keçirdikləri görüşlərlə bağlı yaydıqları ortaq bəyanatı oxudum. Gəldiyim nəticə: Cəbhə bölgəsindəki gərginliyi rəsmən Azərbaycana yükləyirlər.

Axar.az xəbər verir ki, bu sözlər politoloq Elxan Şahinoğlunun ATƏT-in Minsk Qrupu həmsədrlərinin Bakı səfəri və verdikləri bəyanata replikasında əksini tapıb. Politoloq bildirib ki, həmsədrlər Azərbaycan rəhbərliyinə müraciət edərək vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar:

“Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçılarına da ediblər. Yəni belə anlaşıla bilər ki, həmsədrlər guya hər tərəfi məsuliyyətli olmağa çağırırlar. Ancaq vəziyyətin gərginliyinə görə birinci Azərbaycanın adını çəkiblər. Bunun nə demək olduğunu anlamaq çətin deyil”.

Politoloq daha sonra bəyanatdakı “Həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyəti üzrə, siyasi iradə göstərərək vicdanla iştirak etməyə çağırıblar” cümləsinə diqqət çəkib:

“Bunlar həmsədrdilər, yoxsa mərhum Tereza ananın təmsilçilərdirlər ki, vicdandan danışırlar? Xocalı soyqırımı baş verəndə harda idi vicdanınız? Erməni hərbi birləşmələri Azərbaycan ərazisindən (Ağdam və Füzulidəki postlardan) Azərbaycan ərazisini atəşə tutur, bunu kimin vicdanına yazaq?”

E.Şahinoğlu fikrini “Yorucu müharibəyə davam!” deyə tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.