ATƏT-in Minsk qrupu və Kaspşikin ofisinin maliyyələşdirilməsi üçün bu il ayrılan vəsaitin miqdarı məlum olub

20-06-2017, 12:53           
ATƏT-in Minsk qrupu və Kaspşikin ofisinin maliyyələşdirilməsi üçün bu il ayrılan vəsaitin miqdarı məlum olub
Bu il ATƏT Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupunun fəaliyyəti üçün 911 200 avro məbləğində maliyyə ayıracaq.
"Report" xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Ancey Kaspşikin ofisinin büdcəsi isə 1 235 800 avro təşkil edəcək.
Qeyd edək ki, ATƏT ümumilikdə Cənubi Qafqaz regionuna 3 861 900 avro məbləğində vəsait ayırıb.
Xatırladaq ki, iyunun 1-də ATƏT-in Daimi Şurası Vyanada təşkilatın 2017-ci il üçün büdcəsini təsdiq edib. 2017-ci il yanvarın 1-dən dekbarın 31-dək olan dövr üçün təşkilatın ümumi büdcəsi 138 982 600 avro olacaq.
ATƏT-in Daimi Şurasına təşkilata üzv 57 ölkənin nümayəndələri daxildir. Qərarlar konsensus əsasında qəbul edilir.
ATƏT 57 üzv ölkənin ödənişləri hesabına maliyyələşdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.