Rusiyanın yeni əsas düşməni – Makron

21-06-2017, 08:51           

Renat Davletqildeyev, currenttime.tv
Fransa parlament seçkiləri dərhal bir neçə rekord qırıb. Respublikanın prezidenti Emmanuel Makron Milli Məclisdə yerlərin çoxunu özü üçün təmin edib.


Baxmayaraq ki, fəallıq çox aşağı oldu, seçki məntəqələrinə səsvermə hüququ olan fransızların yarısından azı gəldi, “İrəli, respublika” partiyasının prezidenti demokratik hərəkatdan müttəfiqləri ilə birlikdə 577 yerdən 350-ni əldə etdi. Marin Le Pen və onun “Milli Cəbhə” partiyası hətta fraksiya belə formalaşdıra bilmir.

Rusiyada seçki nəticələri barədə acıqlı danışdılar və yalnız aşağı fəallığa diqqət çəkdilər. Ümumilikdə, Fransa son aylar Kremlin xarici siyasət propaqandasının əsas mövzularından biri olub. Donald Trampla hər şey qeyri-müəyyəndir, o, Moskva üçün hərdən dost, hərdən düşmən olur. Makrona münasibət isə prezident kampaniyasının ilk günündən məlum idi.

Əgər əvvəllər avtomobilin arxa şüşəsi “Obama – çmo” nakleykası ilə bəzənirdisə, indi əsas avropalı düşmən rolu Emmanuel Makrona verilib. Kremlin istəklərinin əksinə olaraq qalib gələn fransız prezident breksit və Tramp adlı ağ zolaqlardan sonra Rusiya üçün ilk xarici siyasət məğlubiyyəti idi.

Bu gün Moskva ilə Paris arasında faktiki olaraq media savaşı gedir. Hökumət mediası tərəfindən sevilməyən fransız prezident əsas lağ obyektinə çevrilib. Əsas hədəf şəxsi həyatdır.

Makronun Berlinə səfəri barədə Dmitri Kiselyovun verilişindən fraqment:

“Yeni fransız prezident Almaniya kansleri Angela Merkeldən ən isti qarşılamanı gördü. Yeri gəlmişkən, o, Makronun arvadı Bricitdən bir yaş balacadır. Bilmirəm, buna görə mi onlar tez dil tapıb işləməyə qərar verə bildilər”.

NTV-nin “Mejdunarodnaya pilorama” siyasi şousudan sitat:

“Dedi-qodu gəzir ki, Makron qeydir. Əlbəttə ki, yox. Bu, dedi-qodu deyil”.

Şounu aparan Tiqran Keosoyan heç də özünün qisasını almır. O ki sadəcə olaraq rejissor və teleaparıcı deyil, həm də “Russia Today” kanalının baş redaktoru Marqarita Simonyanın əridir. Həmin mediaholdinq ki, siyasi propaqanda ilə deyil, jurnalistika ilə məşğul olduğunu hələ də Makrona inandıra bilmir. Makron və Putinin birgə mətbuat konfrasında fransız prezident kanalı yalanlar tirajlamaqda ittiham edib. Putin nə cavab verəcəyini bilmədi. Bunu onun əvəzinə Keosoyan və arvadı etdi.

“Krım qədəhini ona qaldırıram ki, yeni fransalı prezident RT və “Sputnik” barədə yalanlarını kəssin”, – Marqarita Simonyan tvitterdə yazır.

“Russia Today” və “Sputnik” hiyləgərlik edərək dərhal Makron haqqında saxta xəbərlər yazmadılar. Seçkiqabağı kampaniyanın qızğın vaxtında internetə “Makronun gizli ofşorları” şərti adı ilə yalan dedi-qodu buraxdılar – guya Makronun Baham adalarında gizli şirkəti varmış – hətta Marin Le Pen debatların qızğın vaxtında bunu ona xatırlatdı.
Ancaq sənədlərin xam saxtakarlıq olduğu üzə çıxdı. Məsələn, Makronun “müqavilə”dəki imzasının seçkiqabağı plakatdan surətinin köçürüldüyü üzə çıxdı, həqiqi imza isə tamam başqa cürdür.

Daha sonra “Sputnik” “Respublikaçılar” sağçı partiyasından fransız deputat Nikolya Dyuikin intervyusunu yaydı. Burada o, Makronu “Amerika banklarının agenti” və “varlı qey lobbisinin himayəsində olan şəxs” adlandırdı.

Media savaşının birinci hissəsini uduzmağına baxmayaraq Rusiya sakitləşməyi planlaşdırmır – RT telekanalı artıq Fransada xüsusi səlahiyyətli qurum olan Ali Audiovizual Şuradan yayım lisenziyası alıb. Kanalın fəaliyyətə başlaması üçün büdcədən 17 mln. 800 min dollar pul ayrılıb. Fransız dilli kanalın fəaliyyətinə 2017-ci ilin axırında start verilməsi gözlənilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.