Ermənistanın Qarabağda əcnəbi turist oyunu - Azərbaycan xəbərdarlıq edib

21-06-2017, 15:00           
Ermənistanın Qarabağda əcnəbi turist oyunu - Azərbaycan xəbərdarlıq edib
Ermənstan işğal etdiyi Azərbaycan torpaqlarına əcnəbi turistləri cəlb etmək üçün ərazidə çoxlu sayda hotel, motel və hostellər istifadəyə verməyə başlayı.
Məqsəd Qarabağdakı turizmə diqqəti artırmaq, dünyanı özlərinə cəlb etməkdir.
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məsələ ilə bağlı Modern.az-a bildirib ki, ermənilər bu cür məlumatları qəsdən yayırlar.
“Azərbaycanın işğal olunmuş ərazilərində turizm fəaliyyəti haqqında Ermənistan tərəfindən verilən məlumatlar bir çox hallarda qəsdən şişirdilmiş xarakter daşıyır. Dünyanın turizm xəritəsində Ermənistanın rolu olmadığı təqdirdə, Azərbaycanın işğal olunmuş ərazilərindəki hər hansı turizm imkanlarından danışmaq öz-özlüyündə gülünc xarakter daşıyır. Məhz bu şəkildə hər hansı bir qrupun ora turizm adı altında səfərinin təşkil ediltməsi halı istisna deyil”.

Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan əcnəbiləri işğal altındakı bölgələrimizə qanunsuz səfərlərdən çəkindirmək üçün önləyici tədbiurləri davam etdirir.

“Dünyanın aparıcı turizm qiymətləndirmə təşkilatlarının hesabatlarında Ermənistan Cənubi Qafqazda turizm imkanlarına görə ən aşağı kateqoriyada yer alan məntəqə kimi qeyd olunur. İşğal olunmuş ərazilərimizdə turistləri cəlb edəcək baxımdan heç bir infrastruktur yoxdur. Ermənistan bu kimi məsələlərdən siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Bura səfər edən hər hansı qrup, turizm şirkəti varsa, əvvəlcədən müəyyən edərək, bu kimi hadisələrin qarşısını almağa çalışırıq. Bu günə kimi müəyyən qrupların Qarabağa turist kimi gəlməsinin qarşısı alınıb. Beynəlxalq təşkilatlarla və digər aidiyyatı təşkilatlarla iş aparılır. Digər tərəfdən, bu məsələdə dövlətlərlə iş aparılır. Hansısa xarici ölkə vətəndaşlarının ora getmə halları müəyyən olunursa, dərhal həmin dövlətlərlə bu məsələlər müzakirə edilir və qanunsuz turist səfərlərinin qarşısı alınır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.