ABŞ Azərbaycan və Ermənistana çağırış etdi

22-06-2017, 00:36           

"Gərginliyi azaldın"

Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsin pozulmasından narahatdır və tərəfləri gərginliyi azaltmağa çağırıb.

İstiPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyertin rəsmi bəyanatında bildirilir.

"Birləşmiş Ştatlar ötən həftə təmas xəttində çoxsaylı qurbanlara səbəb olan atəşkəsin pozulması hallarından dərin narahatçılıq hissi keçirir. Biz Ermənistan və Azərbaycanı təmas xətti boyunca gərginliyin azaldılması üzrə tədbirlər görməyə və belə hallardan yayınmağa çağırırıq", - deyə bəyanatda qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.