Rakka əməliyyatlarında mülki şəxslərin və daxili infrastrukturun qorunması vacibdir.
Axar.az xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş deyib.
O, şəhərin İŞİD-dən azad edilməsi üçün aparılan əməliyyatlar zamanı dinc sakinlərin ölməsini olduqca dəhşətli adlandırıb:
“Rakkada silahlı atışmaların arasında çarəsiz qalan dinc sakinlərin vəziyyəti acınacaqlıdır. Hərbi əməliyyatlar zamanı tərəflər mülki şəxslərin zərər görməməsi üçün lazımı addımlar atmalıdır”.