Lavrov Tillersonla Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib
23-06-2017, 08:51
Rusiya XİN rəhbəri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı baş tutub. APA-nın xəbərinə görə, bu barədə məlumat nazirliyin rəsmi saytında dərc edilib.
“İkitərəfli dialoqun perspektivlərinin müzakirəsi zamanı S.Lavrov, Vaşinqtonun iyunun 20-də tətbiq etdiyi yeni sanksiyalara toxunaraq, Rusiyaya qarşı bu vasitə ilə təzyiq göstərmək cəhdlərinin xam xəyal olduğunu qeyd edib. Bu cür hərəkətlər onsuzda çətin dövr yaşayan Rusiya-ABŞ münasibətlərini kompleks şəkildə ciddi risk altına atır”, - deyə məlumatda bildirilir.
Lavrov həmçinin, Rusiya tərəfinin münasibətlərin normallaşdırılmasına dair Vaşinqtona irəli sürülən təklifə cavab gözlədiyini qeyd edib.