Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"

24-06-2017, 08:33           
Emmanüel Linkon: "Azərbaycanın sürətli inkişafı Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır"
Parisin Hərbçilər Məktəbində Fransanın Katolik Universitetinin professoru Emmanüel Linkonun «Yeni İpək Yolu»na həsr edilmiş konfransı keçirilib. "Report"un Fransa bürosu xəbər verir ki, professor Çinin təşəbbüsü ilə həyata keçirilən "Yeni İpək Yolu" layihəsinin reallaşmasına maneə yaradan qlobal geosiyasi aktual problemlərdən danışıb.
"Yeni İpək Yolu" layihəsinin təşəbbüskarının Çin olsa da, indi Avropanın onun reallaşmasında marağının heç də Pekindən az olmadığını bildirən professor layihənin Avropa İttifaqının, habelə Fransanın Çin istiqamətində ticarətinin həcmini artıracağını və beləliklə iqtisadi tərəqqiyə dəstək olacağını vurğulayıb.
"Yeni İpək Yolu"nun potensial imkanlarına və praktiki perspektivinə toxunan mütəxəssis vurğulayıb ki, tarixən bu yolun üzərində yerləşən Azərbaycan layihədə vacib tranzit rolunu oynaya bilər.
Emmanuel Linko "Report"a müsahibəsində bildirib ki, bugünkü iqtisadi inkişafına görə Azərbaycan keçmiş sovet respublikaları arasında qabaqcıl yerlərdən birini tutur. Bu sürətli iqtisadi inkişafı Azərbaycanın «Yeni İpək Yolu" layihəsində rolunu əhəmiyyətli dərəcədə artırır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.