“İqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər” - YAP

24-06-2017, 16:33           
“İqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər” - YAP
Uzun müddətdir ki, Azərbaycanda iqtidar-müxalifət dialoqu baş tutmur. Belə bir görüşün reallaşması üçün tərəflər hələ ki susqunluq nümayiş etdirirlər.

Maraqlıdır, yaxın vaxtlarda iqtidar-müxalifət görüşü baş tuta bilərmi?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Modern.az-a bu haqda açıqlama verib.

Deputat bildirib ki, iqtidar-müxalifət dialoqu hər zaman baş tuta bilər.

“Amma hələ ki görüşlərin təşkil edilməsi ilə bağlı müzakirə getmir. Dialoq təkcə dəyirmi masa arxasında oturub fikir mübadiləsi etmək deyil. Dialoq mühitdir. Ölkəmizdə bu gün tərəflər öz mövqeyini bildirə bilir, özünün düzgün saydığı fikri müdafiə edə bilər. Bu gün Azərbaycanda həmin mühit var. Demokratik, azad, konstitutsiyanın vətəndaşlara verdiyi böyük hüquqlar çərçivəsində hər bir şəxs qanuna zidd olmayan formada öz fikrini çatdıra bilir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.