Rusiya və Ermənistanın parlament sədrlərindən birgə bəyanat: “Qarabağ münaqişəsi yalnız dinc yolla həll oluna bilər”

26-06-2017, 21:41           
Rusiya və Ermənistanın parlament sədrlərindən birgə bəyanat: “Qarabağ münaqişəsi yalnız dinc yolla həll oluna bilər”
Ermənistan parlamentinin spikeri Ara Babloyan Avrasiya İttifaqına daxil olan dövlətlərin parlament rəhbərlərinin növbəti görüşünün Yerevanda keçirilməsini təklif edib.

Koordinat.az bildirir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb. Cənubi Koreyada səfərdə olan Ara Babloyan Seulda Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə bu günkü görüşü zamanı bu təkliflə çıxış edib.

Ara Babloyan bildirib ki, Avrasiya İttifaqı çərçivəsində erməni-rus münasibətləri yeni fazya daxil olub. O, Rusiyanın Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu konstruktiv mövqeyi qeyd edib. Spiker deyib ki, Ermənistan münaqişənin həlli ilə bağlı qarşılıqlı etimadın yaradılması üçün tədbirləri vacib sayır: “Tənzimlənmənin dinc yolla həllinin alternativi yoxdur”– deyə Babloyan vurğulayıb.

Volodin iki ölkə arasında əməkdaşlığın yüksək səviyydə olduğunu bildirib. Dumanın sədri qeyd edib ki, hər iki ölkə parlamentinin deputat –dostluq qrupların fəaliyyəti münasibətlərin möhkəmlənməsində vacib rol oynayır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.