Trampdan 6 ölkəyə tətbiq edilən qadağa ilə bağlı - Açıqlama
27-06-2017, 09:25
ABŞ Prezidenti Donald Tramp 6 ölkəyə aid edilən səyahət qadağasına qismən razılıq verən Ali Məhkəmənin qərarına münasibət bildirib.
Axar.az xəbər verir ki, o, Ali Məhkəmənin qərarını zəfər adlandırıb.
Tramp “Bu qərar terror meylinin mövcud olduğu ölkələr üçün səyahət qadağası gətirir. Mən bir rəhbər kimi bizə zərər vermək istəyənlərin ölkəmizə daxil olmalarına icazə verməyəcəyəm. Baş komandir olaraq, birinci vəzifəm Amerika xalqının təhlükəsizliyini təmin etməkdir”, - deyə bildirib.