Rusiyadan təhdid təhdid dalınca gəlir.

26-07-2017, 21:21           
Rusiyadan təhdid təhdid dalınca gəlir.
Rusiyadan təhdid təhdid dalınca gəlir. İndi də Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib ki, bəs bir sıra xarici dövlətlər Rusiyanın Yaxın Şərqdə və Cənubi Qafqazda fəaliyyətini təhlükə sayaraq, onun sərhədləri yaxınlığında hərbi mövcudluğunu artırırlar. Kimdir “bir sıra xarici dövlətlər?” Yaxın Şərq heç, vəziyyət həqiqətən qarışıqdır, kimin papağının kimin başında olduğu bəlli deyil.
Bəs Şoyqu Cənubi Qafqazdan niyə bu qədər nigarandır? NATO ölkələri ara-sıra Gürcüstanda hərbi təlimlər keçirirlər və çıxıb gedirlər, vəssəlam. Bəs sizin Ermənistanda daimi yerləşdirdiyiniz -Azərbaycan, İran və Türkiyə ilə sərhəddəki hərbi birlikləriniz kimə qarşıdır? Axı sözdə həm Ankaranı, həm Tehranı, həm də Bakını strateji tərəfdaş adlandırırsınız. Demək, bu dövlətlərdən hansısa birinə və ya bir neçəsinə inanmırsınız, bunun başqa izahı yoxdur.
Elxan Şahinoğlu
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru