ABŞ Çinə nüvə zərbəsi endirərsə... - Tsıqanok

28-07-2017, 10:11           

ABŞ-ın Çinə nüvə zərbəsi endirmək ehtimalı çox aşağıdır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi Proqnozlaşdırma Mərkəzinin direktoru politoloq Anatoli Tsıqanok deyib.

Skott Sviftin bəyanatını təxribat adlandıran politoloq ABŞ-ın bu addımı Pekin və Moskvanın reaksiyasını öyrənmək üçün atdığını bildirib. Tsıqanokun sözlərinə görə, ABŞ-ın Çinə nüvə zərbəsi endirməsi ilk növbədə Amerika iqtisadiyyatına güclü zərbə olar.

“Görünür, ABŞ-ın yadından çıxıb ki, istehsalının təxminən 50 faizi Çin ərazisində cəmləşib və rəsmi Pekin təhdid və ya birbaşa hücum vəziyyətində müvafiq cavab tədbirləri görməyə qadirdir”, - politoloq əlavə edib.

Anatoli Tsıqanok qeyd edib ki, belə bir hadisə baş verərsə, Cənubi Koreya və Yaponiya ABŞ-ı dərhal fikrindən daşındıra bilər. Çinin ziyan görməsi ilk növbədə onun qonşularının mənafeyinə xidmət göstərmir. ABŞ üçün ən böyük təhlükə isə ona və müttəfiqlərinə qarşı diversiya əməliyyatları aparmağa qadir olan Şimali Koreyanın məsələyə daxil olmasıdır.

Xatırladq ki, ABŞ-ın Sakit okean donanmasının komandiri Skott Svift ABŞ Prezidenti Donald Tramp əmr verəcəyi təqdirdə Çinə nüvə zərbəsi endirməyə hazır olduqlarını bildirmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.