Əhməd Əhmədov Naxçıvan MR daxili işlər naziri vəzifəsindən azad edildi – SƏRƏNCAM
29-07-2017, 00:04
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.
Naxcivantv.az-ın məlumatına görə, sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Əhməd Hüseyn oğlu Əhmədov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilsin”.