Dünya üçüncü dünya müharibəsinin bir addımlığında

29-07-2017, 23:09           

Bir çox hərbi ekspertlərə görə, hazırda Şimali Koreyaya mümkün hərbi əməliyyat ssenarisi üzərində danışıqlar aparılır
Şimali Koreyanın sınaqdan keçirdiyi qitələrarası ballistik raketin Yaponiyanın iqtisadi zonasına düşdüyü barədə xəbər vermişdik. Hadisədən dərhal sonra, Yaponiya və Cənubi Koreyanın Milli Təhlükəsizlik Şuraları təcili iclas çağırıb.

Məsələyə ABŞ prezidenti Donald Tramp və Müdafiə Nazirliyi — Pentaqon da münasibət bildirib.

Tramp, ölkəsinin lazımi addımları atacağını deyib. Prezidentin açıqlamasından sonra ABŞ-ın Baş Qərargah rəisi Cozef Danford və ölkənin Sakit okean qoşunları üzrə komandanı general Harri Haris, Cənubi Koreya, həmçinin Yaponiyanın ordu rəhbərləri ilə təcili telefon danışığı aparıblar.

Bir çox hərbi ekspertlərin fikrincə, hazırda Şimali Koreyaya mümkün hərbi əməliyyat ssenarisi üzərində danışıqlar aparılır.
Sputnik












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.