Ağ Ev dünya iqtisadiyyatının “divinə” hücuma keçir

31-07-2017, 13:33           

ABŞ Çinə qarşı yeni sanksiyalar hazırlayır.

Cebhe.info xəbər verir ki, bu barədə "Politico" nəşri Ağ Evdəki 2 mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, sanksiya layihəsi artıq bu həftə ərzində qəbul oluna bilər.

Nəşr yazır ki, ABŞ-ı Çinə qarşı sərt xətt siyasəti yürütməyə vadar edən şəxs prezident Donald Trampın siyasi müşaviri Stiven Millerdir. Onunla yanaşı baş strateq Stiven Bennon və ticarət üzrə müşavir Piter Havarro da bu fikirdədir.

ABŞ prezidentinin müşavirləri Çini cəzalandırmaq barədə müzakirələr aparıb və iqtisadi sanksiyalar tətbiq edilməsində ortaq rəyə gəliblər. Bununla yanaşı, sanksiya əvəzinə iqtisadi məhdudiyyətər də müzakirə mövzusudur.

Qeyd edək ki, prezident Tramp Çin iqtisadiyyatının güclənməsində Amerikanın keçmiş rəhbərliyini ittiham edib. O, dəfələrlə çıxışında "Mən çox məyusam. Bizim axmaqlar keçmişdə çinlilərə yüz milyardlarla dollar qazanmaq imkanı yaradıb, onlar da Şimali Koreya ilə bağlı heç bir iş görməyib",-deyib.
Ağ Ev dünya iqtisadiyyatının “divinə” hücuma keçir












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.