Ermənistan hərbçisi Qəmbəryan Azərbaycanla sərhəddə necə vurulub...

31-07-2017, 14:06           
Ermənistan hərbçisi Qəmbəryan Azərbaycanla sərhəddə necə vurulub...
Ötən həftə, iyulun 28-də Ermənistan ordusunun 32 yaşlı hərbçisi, müddətdən artıq xidmət keçən Arkadi Qəmbəryan Azərbaycanın Qazax-Tovuz rayonu istiqamtətindəki postlarından birində güllə yarasından ölüb. Ermənistan KİV-ləri onun “Azərbaycan ordusunun mövqelərindən açılan atəşlə öldüyü” haqda xəbərlər yaymışdı. Lakin virtualaz.org xəbər verir ki, Qəmbəryanın qardaşı Hamlet Qəmbəryan hərbçinin Azərbaycan ordusunun açdığı atəşlə ölmədiyini, postda xidmət yoldaşları tərəfindən vurulduğunu bildirib.

Qardaşı deyir ki, Arkadi ilk dəfə posta çıxıbmış. “Posta qalxdı, ertəsi gün zəng vurub dedi ki, hər necə şey qaydasındadır. Dedim ehtiyatlı olsun. Bir gün sonra zəng vurdum, mənə dedilər ki, qardaşın artıq yoxdur. Kim öldürüb, necə öldürüb, məlum deyil”-Hamlet Qəmbəryan news.am-a danışıb.

Yaxınlarına deyiblər ki, insident zamanı Qəmbəryan yatırmış və guya onun yoldaşlarından biri silahla ehtiyatsız davranaraq atəş açıb, güllə daşa dəyərək geri qayıdıb və yatmaqda olan Qəmbəryanın başından dəyib.

Qəmbəryanın ailəsi Lori vilayətinin Karkop kəndində ağır vəziyyətdə, uçuq-sökük evdə yaşayır. Onun 6 yaşlı oğlunu ötən il qatar vurub və şikəst edib. Arvadı da xəstədir. Ermənistan Müdafiə Nazirliyi onun başından aldığı güllə yarasından öldüyü haqda qısa məlumat yaymaqla kifayətlənib, Qəmbəryanın kim tərəfindən vurulduğuna aydınlıq gətirməyib. Son vaxtlar Ermənistan ordusuna dəfələrlə hərbçilərin bir-birini güllələməsi hadisələri gizlədilir, yaxud bunu “atışma zamanı baş vermiş itkilər” siyahısına yazırlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.