Müsavat Qadınlar Birliyinin keçmiş sədri Ellada Memmedli: "Arif Hacılı İsa Qəmbərin görünməyən “Qara simasıdır”."

21-07-2015, 21:21           

İsa Qəmbər başqanlıqdan gedəndə Müsavatın parçalanacağını hesablamamışdı. O düşünürdü ki, Müsavat Partiyasındakı insanlar hamısı onun tərəfdarlarıdır və dediyi sözlər birmənalı olaraq hər kəs tərəfindən qəbul ediləcəkdir. Müsavatdan məhz İsa Qəmbərin yaxın çevrəsi, ona sadiq olanlar getdilər və yaxud da onu dinləməyənlər partiyadan xaric olundular. Qurultaydan sonra belə bir nəticəni gözləməyən keçmiş başqan uzun illər onun tərəfdarı olmuşlara “Xəyanatkar, İqtidara işləyənlər” damğasını vurdu. Bu da illərini partiyaya həsr edən insanlara vurulan damğa, onu dinləməyənlərin “Cəza damğası” idi. Ona görə də Arif Hacılının Müsavatda qalması və ya getməsi artıq heç nəyi həll etmir. Dünənə kimi Arif Hacılını günahkar bilənlər bu gün elə düşünmürlər. Ona bu qədər səlahiyyəti verən kimdir? Təbii ki, 22 il partiyaya başqanlıq etmiş İsa Qəmbər.Siyasətin öz qanunları var.Bəzi hallarda liderlər müsbət və mənfi xüsusiyyətlərinin həyata keçirilməsi üçün bəzi şəxslərdən istifadə edirlər. Dünənə qədər Müsavatı xaricdə təmsil edən Qubad İbadoğlunun xidmətləri birmənalı olaraq, onun başqanının adına yazılırdı ki, baxın İsa Qəmbərin ətrafında necə ziyalılar toplaşıb. O cümlədən, professor Adil Qeybullanın, professor Almaz Əli Qızının, Hikmət Hacızadənin, Vurğun Əyyubun və adını çəkmədiyim bir çox ziyalının xidmətləri Müsavat başqanının adına yazılırdı. Ona görə də əvvəllər hər kəs İsa Qəmbəri yaxşı tərəfdən tanıyırdı. Bəs mənfi işləri görənlər kimlərdir?
Qaraguruh dəstəsi. Onları kim idarə edir-Arif Hacılı. Deməli, buradan belə qənaətə gəlmək olar ki , Arif Hacılı İsa Qəmbərin görünməyən “Qara simasıdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.