Rusiya kəşfiyyat qrupları Gümrüyə yerləşdirildi

27-07-2015, 16:00           

Rusiyanın bir neçə kəşfiyyat qrupu Gümrüdəki hərbi bazaya yerləşdirilib. Bu iddianı Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov səsləndirib. Onun sözlərinə görə, bu, Rusiyanın Ermənistan ərazisində keçirməsini planlaşdırdığı böyük təlimlə əlaqədardır. Xatırladaq ki, dünyanın nəhəng hərbi əks-kəşfiyyat xidmətlərində sayılan Rusiya Silahlı Qüvvələri hərbi kəşfiyyat idarəsinin (QRU) rəisi general-polkovnik İqor Serqunun Ermənistana səfəri Qərb siyasi dairələrində xüsusi həssaslıqla izlənilir. Moskvanın baş hərbi kəşfiyyatçısını İrəvana göndərməsi çoxsaylı suallar və narahatlıq doğurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.