İsrail peycer əməliyyatına 15 il hazırlaşıb - DETALLAR

20-09-2024, 11:40           
İsrail peycer əməliyyatına 15 il hazırlaşıb - DETALLAR
İsrail 15 ildir ki, Livan ərazisində peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə cümə axşamı ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Onlar yəhudi dövlətinin Livanın müxtəlif ərazilərində partlayan rabitə vasitələrinin istehsalı ilə məşğul olduğunu təsdiqləyiblər.

Bunun üçün İsrail peycerlərin istehsalı ilə əlaqəli olduğu iddia edilən bir neçə ön şirkət yaratdı. Üstəlik, bu müəssisələrdə çalışan bəzi işçilər əslində kimin üçün işlədiklərini belə bilmirdilər”,-deyə bildirilir.

Bu təşkilatlardan biri Budapeştdə qeydiyyatdan keçmiş “BAC Consulting” olub və müqaviləyə əsasən, o, Tayvanın “Gold Apollo” şirkətinin brendi altında peycerlər istehsal etməli idi. Lakin Macarıstan hökumətinin nümayəndəsi telekanala bildirib ki, bu qurğular Macarıstanda yoxdur, “BAC Consulting” sadəcə “ticarət tərəfaşı” olub və ölkədə heç nə istehsal etmir.

ABC mənbələri həmçinin bildiriblər ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi bu cür əməliyyatları mülki şəxslər üçün çox təhlükəli hesab edir və buna görə də öz fəaliyyətində bu cür taktikalardan imtina edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru