Əməkhaqqı, pensiya və müavinətlərin artırılması ilə bağlı daha bir açıqlama: 2025-ci ildə...
20-09-2024, 11:40
"Maliyyə Nazirliyi tərəfindən sosial xərclərin strukturu elan edilməyib. Buna görə də hələlik əməkhaqqı, pensiya və müavinətlərə nə qədər vəsait ayrılacağını söyləmək mümkün deyil. Bütövlükdə, 2025-ci ildə sosial istiqamətə ayrılan vəsaitin həcmi 2024-cü ilin təsdiq olunmuş büdcəsi ilə müqayisədə 14% artırılacaq".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
"Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsi ilə bağlı ilkin göstəriciləri açıqlayıb. Həmin göstəricilərə əsasən, növbəti ildə sosial təminat və sosial müdafiə istiqamətinə 5 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulur. Sözügedən vəsait praktiki olaraq büdcədən sosial istiqamətə ayrılan vəsaitdir, amma bütövlükdə sosial xərclərin əhəmiyyətli hissəsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsi hesabına reallaşıb. Buna görə də Fondun büdcəsi sosial xərclərin strukturu baxımından vacibdir", - deputat bildirib.