Müsavatın yürüş-mitinqi təxirə düşdü?

17-04-2015, 21:40           
Müsavatın yürüş-mitinqi təxirə düşdü?
“Müsavat Partiyası növbəti dəfə mitinq üçün gün təyin edəcək və bu məsələ həftənin birinci günü Divanda müzakirəyə çıxarılacaq”.

Bunu AzVision.az-a açıqlamasında Müsavat Partiyasının başqan müavini Elman Fəttah Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) onların yürüşlə bağlı müraciətinə mənfi cavab verməsindən danıaşrkən deyib. O vurğulayıb ki, partiya BŞİH-dən rəsmi cavab məktubu tələb edib, onlara cavabında isə BŞİH nümayəndəsinin bir neçə gün öncə mətbuata açıqlamasının müraciətin cavabı olduğu bildirilib:

“Bakı şəhər İcra Hakimiyyəti yürüş barədə müraciətimizə cavab verilmədi, yəni yürüş razılaşdırılmayıb. O halda mitinq razılaşdırılmamış olmalıdır və qarşıdurmaya gedilməlidir, biz isə bunu etmək istəmirik. Mitinq üçün yenidən vaxt təyin olacaq və Müsavat Aprtiyası Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəyik. Bu məsələlər həftənin birinci günü Divanda geniş şəkildə müzakirə ediləcək”.

Qeyd edək ki, Müsavat Partiyasının sonuncu Divan iclasında yürüş keçirilməsi barədə qərar qəbul edilib. Bu məqsədlə Müsavat Partiyası 19 aprel 2015-ci il tarixdə saat 16.00-dan 18.00-dək Bakı şəhəri, Yasamal rayonunun ərazisindəki metronun “20 Yanvar” stansiyasının yaxınlığından başlayaraq “Məhsul” stadionuna qədər hərəkət etməklə və Qətnamənin oxunması ilə yekunlaşacaq yürüş keçirmək üçün 10 aprel 2015-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.