Meksika Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb

7-12-2018, 08:17           
Meksika Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb
Meksikanın müvafiq orqanları bu ölkənin ərazisinə Mərkəzi Amerikadan gələn miqrantların sayını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "El Manana" məlumat yayıb.

Miqrasiya Milli İnstitutunun nümayəndəsinin sözlərinə görə, ölkə ərazisinə Mərkəzi Amerikadan olan və ABŞ-a getmək istəyən miqrantların sayı 9,47 min nəfərdir. İnstitutun məlumatında bildirilir ki, onlar əsasən Aşağı Kaliforniya, Sonora, Verakrus və Mexiko ştatlarındadır.

Miqrantlar bir neçə dəfə Meksika-ABŞsərhədini qeyri-qanuni keçməyə cəhd göstəriblər. Lakin sərhəd pozucularını Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları saxlayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru