Metronun milyonlar verdiyi şirkətlərin qaranlıq keçmişi - İTTİHAM

10-12-2018, 19:40           
Metronun milyonlar verdiyi şirkətlərin qaranlıq keçmişi - İTTİHAM
Metronun milyonlar verdiyi şirkətlərin qaranlıq keçmişi
“Bakı Metropoliteni” QSC keçirdiyi tenderlərin qalibini elan edib.
"Kommersant.az" xəbər verir ki, 14 noyabr 2018-ci il tarixində 2 lot üzrə açıq tender keçirilib.

Lot1. “Bakı Metropoliteni” QSC Bənövşəyi xətt üzrə şərti adı”B03” olan stansiyasında asma tavanının quraşdırılması və işıqlandırılması işlərinin satın alınması üzrə keçirilən tenderdə “NİMEX” MMC qalib olub və şirkətlə 1 mln 414 min 245 manat dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, "NİMEX" MMC ötən ilin oktyabr ayında “Lider Logistics Co LTD” şirkəti tərəfindən “daşıma haqqı, faiz borcu və hüquqi yardım xərcinin ödənilməsi”nə görə məhkəməyə verilmişdi. İddia qismən təmin edilmişdi.

Lot2. N.Nərimanov adına elektrik deposu ərazisində yerləşən A-12 yarımstansiyası üçün güc kabellərinin satınlınmasl üzrə tender predmeti 3 şirkət arasında bölüşdürülüb.

Bu şirkətlər: “STP” MMC (452 min 739 manat), “İnterkabel” firması (182 min 728 manat) və "Göknur Bakı LTD” MMC (117 min 619 manat) olub.

"Göknur Bakı LTD” MMC şirkəti isə 2016 -cı ilin mart ayında “Azturels” MMC şirkətini borcunu ödəmədiyinə görə Bakı Apellyasiya Məhkəməsinə versə də iddia təmin edilməmişdi.

Qalib gəlmiş təşkilatlar 3,4 və 5 dekabr 2018-ci il tarixində müvafiq satınalma müqavilələri imzalanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru