Müqəddəs Mehdiyevdən YAP Xaçmaz rayon şöbəsinin sədri Şəmsəddin Xanbabayevə SƏRT MÜRACİƏT
1-12-2019, 11:03

“Pul və insan arasında münasibətlər qarşılıqlıdır, insan pulun saxtasını düzəldər, pul da insanın...”-Benjamin Franklin
“Şimal xəbərləri”nin baş redaktoru, sabiq icra başçısı Müqəddəs Mehdiyev rayonda son vaxtlar baş verən proseslərlə bağlı sərt açıqlamalar verib: “Qəzetin feysbuk səhifəsində yayımlanan yazılar əhali tərəfindən dəstəklənir. Bu bizi sevindirir. Lakin Şəmsəddin Xanbabayev və onun nökərləri müxtəlif üsullara əl atırlar ki, bizi susdursunlar. Hesab edirəm ki, 82 yaşlı bu insan çox səhv yol tutub. Ona xatırladıram ki, şəxsən özü, müavinləri İlhamə Nəzərova və Bəxtiyar Osmanov, maliyyə idarəsinin rəisi Nizami Həsənov, sabiq polis rəisi Nofəl Məhərrəmov və sabiq müavini Amil Tahirli, bəzi DTX təmsilçiləri mənə və ailə üzvlərimə qarşı ən ağır təhqirlər yağdıranda, şər-böhtan atanda geri çəkilmədim, qorxmadım. Hər vəchlə çalışdılar ki, məni insanların gözündən salsınlar. Alınmadı! Və yenə də alınmayacaq! Xaçmaza özünün mal-mülkü kimi baxan, korrupsiyanın içində itib-batan, etikanı qoruyaraq yazmaq istəmədiyim çirkin əməllərə yol verən Şəmsəddin Xanbabayev indi bütün YAP-ın adına ləkədir. Bu gün Xaçmazdakı siyasi qurumda xeyli təmiz və vicdanlı insanlar var, iş o yerə çatıb ki, bəziləri Ş. Xanbabayevə görə partiyadan istefa vermək istəyirlər. Yalançı tenderlərlə külli miqdarda vəsaitləri silməkdə, kasıbların belə cibinə girməkdə ittiham edilən, Xaçmazın torpaqlarından gözü doymayan Şəmsəddin Xanbabayev yaxşı fikirləşməlidir. Bu dünyada heç də hər şey alınmır və satılmır. Fikri özünün və kölə komandasının qapılarını 5-10 manat üçün kəsdirən mirzələrə getməsin!!! Fikri Nizami Həsənovun hər ay “maaş” verərək saxladığı bildirilən mirzələrə getməsin!!! Fikri sağında-solunda vəzir-vəkil kimi dolanan yaltaqlara getməsin!!! Fikri savadsız İlhamə Nəzərovaya və vurma cədvəlini belə bilmədiyi deyilən Bəxtiyar Osmanova getməsin!!! Fikri su sayğaclarının pullarını mənimsədiyi iddia olunan Xaçmaz sukanal idarəsinin müdiri Teyyub Sultanova getməsin!!! Fikri əhali arasında fırıldaqçı və dələduz, Ələddin “Salyanski” kimi tanınan qara iş adamına getməsin!!! Fikri kart və müqavilə əməliyyatçısı və qeyri-məşğulluğun müdiri Ayaz Qədirova getməsin!!! Fikri qeyri-legitim konfransda yerini ona təhvil verən və onu qucaqlayan Nazim Ağayevə getməsin!!! Qalanlarını hələ demirəm. Cənab Xanbabayev! Sənin üçün vəzifə və pul hər şeydən önəmli ola bilər. Ona-buna yalandan qardaş deyib başını dolandıra bilərsən, öz işindir. Amma mən heç kəsin diktəsi ilə susmuram. Heç kəsin qarşısında nəyisə yazmamaq öhdəliyim yoxdur. Bu mənim şəxsi işimdir. Əsas mübarizəm torpaqlarımızın işğaldan azad edilməsinə, dövlətimin və millətimin düşmənlərinin ifşa olunmasına, məmləkətimdə baş verən korrupsiyaya, özbaşınalıqlara və qanunsuzluqlara qarşıdır. Sən belə şeyləri bilməzsən. Çünki heç vaxt siyasət adamı və milli düşüncənin sahibi olmamısan. Bildiyin yalnız torpaqları metrələyib satmaq, var-dövlət yığmaq olub. Hamıya özün kimi baxma. Benjamin Franklinin məşhur sözü var: “Pul və insan arasında münasibətlər qarşılıqlıdır, insan pulun saxtasını düzəldər, pul da insanın...” ”
Müqəddəs Mehdiyev