Su şirkətləri də qiyməti artırıb? - “Qərar hələ bizə gəlib çatmayıb”

18-02-2021, 17:10           
Su şirkətləri də qiyməti artırıb? -
Tarif (qiymət) Şurasının 31 yanvar 2021-ci il tarixindəki iclasında “Azərsu” ASC-nin suyun qiymətinin artması ilə bağlı müraciəti nəzərə alınaraq qiymət artılıb.

Belə ki, bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiqlənib.

Xatırladaq ki, qərar 2021-ci il fevralın 1-dən qüvvədədir.

Maraqlıdır, suyun bahalaşmasından sonra qablaşdırılmış suyun qiyməti də artıb?

Cebhe.info mövzu ilə bağlı sorğunu təqdim edir.

“Sirab” su şirkətindən verilən məlumata görə, hələ evlərə satılan suyun qiymətində dəyişiklik yoxdur: “Yeni qiymət tənzimləməsi ilə bağlı qərar hələ bizə gəlib çatmayıb. Hələ balonda satılan 19 litrlik içməli suyun qiyməti 6 manat 50 qəpikdir”.

“İpəksu” şirkətindən sualımıza cavab olaraq bildirilib ki, şirkət tərəfindən satılan suların qiymətində hər hansı bir dəyişiklik yoxdur: “Şirkətimiz tərəfindən evlərə balonda satılan suların qiymətində dəyişiklik edilməyib”.

“Bir içim su” şirkətindən də bildirilib ki, şirkət tərəfindən satılan suların qiymətində hər hansı dəyişiklik, bahalaşma olmayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.