Rəşid Behbudovun qızı Şuşaya niyə aparılmadı: - “Ermənilər mane oldu?”

17-05-2021, 15:20           
Rəşid Behbudovun qızı Şuşaya niyə aparılmadı: -
Bakupost.az xəbər verir ki, bu barədə Behbudovanın həyat yoldaşı, “Space” televiziyasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev məlumat verib.

O, “ən böyük şuşalı”nın varisinin bu festivala dəvət edilməməsindən təəssüfləndiyini yazıb:

“Şuşada "Xarıbülbül" festivalı möhtəşəm idi. Bu gözəlliyə baxmaqdan, bu əzəməti seyr etməkdən doymaq olmurdu.
Dünyanın dörd tərəfindən Azərbaycan mədəniyyətinin ən parlaq isimlərinin varisləri dəvət olunmuşdu bu möhtəşəm tədbirə.

Baxdıqca fərəh hissindən uçmağa qanad axtarırdıq... Təşkilatçılar var olsun!

Amma bir nüansı anlamadım, anlaya bilmədim, düşünürəm ki, heç kim anlamadı...

Nəinki ən Böyük Şuşalı, nəinki ən Böyük Qarabağlı, ən Böyük, çöx Böyük AZƏRBAYCANLI Rəşid Behbudovun yeganə varisi, ən köklü, ən əsilli Şuşalı Məcid Behbudovun nəvəsi, Qarabağın ən tanınmışlarından, Şuşanın ən zənginlərindən olan Behbudalı Behbudovun nəticəsi Rəşidə xanım Behbbudova niyə layiq görülmədi işğaldan azad olunmuş ata-baba yurduna getməkdən?...

Ermənilərmi mane oldu buna?...”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.