BİABIRÇILIQ! Mərkəzi Dəmir Yol Xəstəxanasının qadın həkimi həmkarlarına pul "atıb" qaçdı

16-08-2022, 08:36           
BİABIRÇILIQ! Mərkəzi Dəmir Yol Xəstəxanasının qadın həkimi həmkarlarına pul "atıb" qaçdı
Biləcəridə yerləşən Mərkəzi Dəmir Yol Xəstəxanasının həkimi Zərnişan İsmayılova məhkəməyə verilib.

32gun.az xəbər verir ki, onun barəsində Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. İddiaçı Səkinə Əsədova adlı şəxsdir.
İddia hakim Ramin Xəlilovun icraatındadır.

Avqustun 8-də iş üzrə hazırlıq iclası keçirilib. Əldə etdiyimiz məlumata görə, Zərnişan İsmayılova həmin iclasda iştirak etməyib. Onun ölkədə olmadığı bildirilir. Buna baxmayaraq, hazırlıq iclası baş tutub və hakim sentyarbın 5-nə baxış iclası təyin edib.

Açıq mənbələrdə məhkəmə çəkişməsinin səbəbi müqavilələrdən əmələ gələn öhdəliklərə dair mübahisələr göstərilir. Məlumatlar arasında tərəflərin məhkəmədə görüşməsi borc məsələsi ilə əlaqədardır.
Araşdırmalarımız zamanı aydın olub ki, Səkinə Əsədova Zərnişan İsmayılovanın həmkarıdır. O da Mərkəzi Dəmir Yol Xəstəxanasında həkim işləyir. Zərnişan İsmayılova Səkinə Əsədovadan borc alıb, lakin naməlum səbəblərdən qaytarmayıb. Səkinə Əsədova da məhkəməyə üz tutmaq məcburiyyətində qalıb.

İddia olunur ki, Zərnişan İsmayılovanın başqa həmkarlarına da külli miqdarda borcu var. Onlardan da bəziləri məhkəməyə müraciət etməyə hazırlaşır.

Bir neçə il əvvəl Zərnişan İsmayılovanın adı Mərkəzi Dəmir Yol Xəstəxanasında baş verən uşaq ölümündə hallanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.