İmişlidə fəaliyyət göstərən Şəkər Zavodunda kütləvi ixtisarlar başlayıb. Bu barədə JAM.AZ-a rayondan məlumat veriblər.
Məlumatda deyilir ki, regionun ən böyük zavodlarından biri olan İmişli Şəkər Zavodunda belə vəziyyətin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin hər gün 8-10 nəfərin işdən çıxarıldığı bildirilir. Və ən əsası isə onlara hansı səbəbdən işdən çıxarıldıqları barədə heç bir məlumat verilmir.
İşçilərin bəzilərinin dediklərindən isə belə məlum olur ki, zavodda ixtisarların aparılmasının əsas səbəbi büdcədə vəsaitin olmaması və əmək haqlarını verə bilməmələridir.