“Dekan vəzifəsindən səhhətimdəki problemlərlə bağlı ayrıldım. Səhhətimi bərpa etmək üçün aktiv həyatdan geri çəkilirəm. Vəzifədən könüllü getməkdə məqsədim odur ki, səhhətimlə məşğul ola bilim”.
Bu sözləri Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı vəzifəsindən azad olunan Şamil Vəliyev deyib. O, bildirib ki, işini kafedra müdiri kimi davam etdriəck: “Mətbuat Tarixi kafedrasının müdiri vəzifəsində işimi davam etdirəcəm. Bu mənə nisbətən rahat olacaq”. Könüllü olaraq öz ərizəsi ilə BDU-nin Jurnalistika fakültəsinin dekan müavini vəzifəsindən gedən Əli Hacıyev isə deyib ki, artıq yorulub: “20 ilə yaxındır ki, dekan müavini vəzifəsində işləyirəm. Artıq yorulmuşam. Səhhətimdə də müəyyən qədər problemlər yaranıb. Öz ərizəmlə könüllü olaraq dekan müavini vəzifəsindən ayrıldım”.Fakültədə Televiziya və Radio kafedrasının tam ştatda olan müəllimi kimi işimi davam etdirəcəm”.