Azərbaycan Beynəlxalq Bankı keşbek faizzləri ilə müştərilərini aldatmaqla məşğuldur.
Tribunainfo.az yazır ki, bu barədə bank müştərisi Toğrul Şimiyev yazıb. O bildirib ki, ABB keşbek təklif edir, ancaq vermir:
“Şikayətim “Azərbaycan Beynəlxalq Bankı”- ABB-dəndir. Kampaniyaya əsasən 1-20 noyabr arasında məişət texnikasını tamkart kredit kartı ilə alanlara 3% keşbek verilməli idi. 900 manatlıq məhsul aldım. Amma keçbek vermədilər. Bu barədə özlərinə yazdım. Cavab verdilər ki, kampaniya bitəndən sonra verəcəklər. Kampaniya 20 gündən çoxdur bitib. Nə müraciətlərə cavab yazırlar, nə də telefonları götürürlər. Borcdan qaçan kiçik dələduz kimi aparırlar özlərini”.