Əmək müqaviləsi,yoxsa Mülki müqavilə bağlamaq?

15-06-2024, 08:24           
Əmək müqaviləsi,yoxsa Mülki müqavilə bağlamaq?
O cümlədən Bahar ƏŞ prezidenti Con müəllimin, benefisiar sahibin və həmin qurumda Mülki müqavilə ilə işləyən şəxslərin diqqətinə!
Əmək müqaviləsi bağlamaq işçilər üçün nə qədər əhəmiyyətli hesab olunur, Əmək müqaviləsi,yoxsa Mülki müqavilə bağlamaq?
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən əmək münasibətlərinə daxil olan bütün işçilərlə bu Məcəllədə nəzərdə tutulan qaydada Əmək müqaviləsi bağlanmalıdır.Əmək münasibətlərinin, əmək münasibətləri xarakterli iş və ya xidmətlərdə mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağandır.
Praktikada bir çox hallarda Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənən Əmək müqaviləsi deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin tələblərinə uyğun və bu Məcəllə ilə tənzimlənən Mülki hüquqi müqavilələr bağlanılır: podrat, komission, xidməti, mülki və sair.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə uyğun olmayan Əmək müqaviləsinin bağlanmaması tərəflər üçün aşağıda göstərilən nəticələrə səbəb ola bilər:
1.Əmək müqaviləsi bağlanmadığına görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri işəgötürən tərəfindən pozulur.
2. İşçilırlə bağlanmış Əmək müqavilələri Azərbaycan Respublikası Əmək Məcəlləsi, mülki hüquqi müqavilə isə - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.
3. Bu halda, yəni, işçilər mülki hüquqi bağladıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan güzəşt və təminatlardan istifadə edə bilmirlər. Bu da işçinin ziyanına olmaqla, onları bir çox təminatlar almaq hüququndan məhrum edir.
4. Əmək münasibətləri olan işlərdə müvafiq qaydada Əmək müqaviləsinin bağlanmamaması işəgötürənlər üçün: müvafiq qaydada intizam, maddi, inzibati və cinayət məsuliyyətinə səbəb olur.
5. İşçinin sığorta stajının olmamasına,
6. Onunla baş vermiş bədbəxt hadisələrin qeydə alınmaması və qanunvericiliklə nəzərdə tutulmuş qaydada sığorta pulunun və digər dəymiş ziyanın ödənilməməsi,
7. Ən azı ildə bir dəfə ödənişli məzuniyyət hüququnun olmaması,
8. Xəstəlik vərəqəsi almaması və bununla əlaqədar müavinətlərin verilməməsi,
9. Pensiya və ya güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq üçün sığorta stajının az olması,
10. Müəssisənin gəlirindən pay almaması
11. İşsizlik sığortası pulu almaması
12. Ştatların ixtisarı zamanı müavinət və kompensasiyaların alınmaması və sair
Azır Quliyev
TEREF













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.