"Pulun 2450 manatını Elm və Təhsil Nazirliyinin şöbə müdirinə vermişəm" - TƏFƏRRÜAT

1-11-2024, 19:07           
"Pulun 2450 manatını Elm və Təhsil Nazirliyinin şöbə müdirinə vermişəm" - TƏFƏRRÜAT
"İşə düzəldəcəyim şəxsdən aldığım 2800 manatdan 2450 manatını Elm və Təhsil Nazirliyində şöbə müdiri işləyən şəxsə vermişəm".

Qaynarinfo-nun məlumatına görə, bu sözləri Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Elməddin Quliyev məhkəmədə ifadəsində bildirib.

Belə ki, E.Quliyevin anası Ə.Quliyeva Bakı şəhəri ərazində yerləşən Bibiheybət məscidində ziyarətə gedib. Orada Mərziyə adlı qadınla tanış olub. Tanışlıq zamanı zərərçəkmiş qadın Ə.Quliyeva qızının işsiz olduğunu deyib. Daha sonra E.Quliyev anasının məsciddə tanış olduğu qadına zəng edərək qızını Siyəzən şəhərində yerləşən 2 saylı tam orta məktəbdə laborant vəzifəsinə düzəldəcəyinə deyib. O, bu işin həyata keçirilməsi üçün qadından 2800 manat pul alıb. Amma qızı işə götürülmədiyi üçün Mərziyə pulunu geri istəyib. Lakin pul geri qaytarılmayıb və zərərçəkmiş hüquq-mühafizə orqanalrına müraciət etməli olub.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində zərərçəkmiş qadından aldığı 2800 manatın 350 manatını özünün xərclədiyini, 2450 manatı isə Elm və Təhsil Nazirliyində şöbə müdiri vəzifəsində işləyən şəxsə verdiyini deyib.

Məhkəmədə adı açıqlanmayan nazirliyin şöbə müdiri vəzifəsində işləyən şəxsin də ifadəsi də alınıb.

Məhkəmənin qərarı ilə Elməddin Quliyev Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 5 ay 28 gün müddətə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 29 oktyabr 2024-cü il tarixdən hesablanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.