Tramp: "CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"

26-06-2025, 11:17           
Tramp: "CNN-nin jurnalistini "iti qovan kimi" qovmaq lazımdır"
"Nataşa Bertran CNN-dən qovulmalıdır".

Oxu.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında yazıb.

"Mən üç gün onun yalan xəbərlərlə məşğul olduğunu müşahidə etdim. Ona dərhal töhmət vermək, sonra isə "iti qovan kimi" qovmaq lazımdır.

O bizim pilotlarımız barədə pis təsəvvür yaratmaq üçün nüvə obyektləri haqqında yalan danışdı. Onun CNN-də işləməsinə icazə verilməməlidir", - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl CNN ABŞ-nin hava hücumlarının İranın nüvə proqramının əsas komponentlərini məhv etmədiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru