Bahalı avtomobilin sürücüsü motosikletçiyə hədə-qorxu gəldi: “Düşüb tapdalayaram səni” VİDEO

Bu gün, 11:34           
Bahalı avtomobilin sürücüsü motosikletçiyə hədə-qorxu gəldi:
Sosial şəbəkələrdə bahalı avtomobil sürücüsünün motosiklet sürənə qarşı aqressiv davranışı ilə bağlı görüntülər yayılıb.

32gun.az xəbər verir ki, yayılan kadrlarda sürücü motosikletçiyə yaxınlaşaraq onu hədələyir: “Düşüb tapdalayaram səni” – deyə sürücü qışqırır. Hadisənin konkret harada baş verdiyi məlum olmasa da, videodan görünür ki, tərəflər arasında yol hərəkəti ilə bağlı mübahisə yaranıb.

Sosial şəbəkə istifadəçiləri sürücünün kobud davranışını kəskin tənqid ediblər. Bir çoxu bu cür aqressivliyin ictimai təhlükə yaratdığını və məsələ ilə hüquq-mühafizə orqanlarının maraqlanmalı olduğunu qeyd edib.

Hazırda görüntülərin yayıldığı mənbə dəqiqləşdirilir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.