Enerji içkiləri ilə bağlı daha bir pis xəbər...

26-06-2025, 09:58           
Enerji içkiləri ilə bağlı daha bir pis xəbər...
ABŞ-da aparılan araşdırma enerji içkilərindəki taurinin qan xərçəngini daha aqressiv edə biləcəyini ortaya qoyub.
Milli.az xəbər verir ki, içkilərdə olan bu amin turşusunun leykoz hüceyrələrini qidalandıraraq xəstəliyin gedişatını sürətləndirə biləcəyi bildirilib.Rochester Universitetinin Wilmot Xərçəng İnstitutunun alimləri həm siçanlar, həm də insan lösemi hüceyrələri üzərində aparılan təcrübələrdə taurinin xərçəng hüceyrələrinin böyüməsini təşviq etdiyini müşahidə ediblər. Taurin sümük iliyində istehsal olunur və orada lösemi hüceyrələrinin inkişafı ilə istehlak edilir.Tədqiqatda lösemi hüceyrələri taurindən istifadə etdikdə daha çox enerji istehsal edir, bölünür və çoxalır; Bildirilib ki, bu proses qlikoliz adlanan metabolik yolla baş verir. Beləliklə, xəstəlik daha aqressivləşir.Taurin bədəndə təbii olaraq meydana gələn bir amin turşusudur və tez-tez iltihabı azaltmaq və ya kemoterapi yan təsirlərini asanlaşdırmaq üçün əlavə olaraq tövsiyə olunur. Bununla belə, araşdırma aparan qrup xəbərdarlıq edib ki, xüsusilə qan xərçəngi xəstələri xaricdən qəbul edilən taurin əlavələri və ya enerji içkilərinə qarşı diqqətli olmalıdırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru